Daha bir iş adamının ölkədən çıxışı məhdudlaşdırıldı

Daha bir iş adamının ölkədən çıxışı məhdudlaşdırıldı

Bakıda 4 şirkətə rəhbərlik edən sahibkarın ölkədən çıxışına məhdudiyyət qoyulub.

Qaynarinfo-nun məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi 300 min manata yaxın vergi borcu olan Eyvazov Nazim Vasif oğlu barəsində iddia qaldırıb.

Sahibkar Nazim Eyvazovun Dövlət Sosial Müdafiə Fondu, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna da borcu olması müəyyənləşib.

Məlum olub ki, sahibkarın qanuni təmsilçisi olduğu "Lman 2022Corp” MMC-nin 130527.73 manat, "Yayla 22 Company” MMC-nin 50917.30 manat, "Kral TT Constraksen” MMC-nin 44835.29 manat, "Bahar 22 Baku” MMC-nin 51555.16 manat vergi borcu var.

Məhkəmə qərar verib ki, Nazim Eyvazov borcları tam ödəyənədək ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılsıb.

Daha bir iş adamının ölkədən çıxışı məhdudlaşdırıldı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
690 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...