DİN: "Orxan Zeynalovun saxlanılması nəzərdə tutulmur"

DİN: "Orxan Zeynalovun saxlanılması nəzərdə tutulmur"
“Kuriyerlik fəaliyyəti ilə məşğul olan Zeynalov Orxan barəsində polis əməkdaşları tərəfindən hər hansı əməliyyat tədbiri keçirilməsi ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb, bu iddialar yalandır”.
Yeniavaz.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı deyib.
O bildirib ki, yazılanlar şəxsi mülahizələrdir:
“O.Zeynalov üzərindən təşkil olunub qurulan kampaniyadır. Onunla bağlı DİN-in qurumları tərəfindən barəsində hər hansı müraciət araşdırılmır, icraat tədbiri yoxdur, saxlanılması nəzərdə tutulmayıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
480 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...