Fazil Mustafanı öldürmək istəyən terrorçudan xəbər var

Fazil Mustafanı öldürmək istəyən terrorçudan xəbər var
Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan Həsən Ramiz oğlu Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub. Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası avqustun 25-nə təyin edilib.

Qeyd edək ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Siyavuş Hacıyevin icraatına verilib. Həsən Hüseynov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, Ramiz Hüseynov İran xüsusi xidmət orqanlarının əməkdaşları ilə əməkdaşlıq etməkdə ittiham olunur.

Xatırladaq ki, Ramiz Hüseynov millət vəkili Fazil Mustafaya qarşı terror aktından sonra həbs edilib.

Məlum olub ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılanlar arasında İranda gizlənərək deputat Fazil Mustafaya onu terrorla öldürəcəkləri barədə təhdid ünvanlamış Hüseynov Hüseyn Ramiz oğlunun qardaşı Hüseynov Həsən Ramiz oğlu da var.

Belə ki, Həsən Hüseynov Tural Məmmədova İran xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası müqabilində pul vəsaitlərinin göndərilməsini təşkil edib (Tural Məmmədov xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda güdmə, tapşırılan ünvanların gizlin videoçəkilişlərini apardığına görə, hava məkanında obyektlərin hərəkət trayektoriyası müşahidə edən İrandan göndərilmiş xüsusi qurğu ilə həbs edilib).

Məlum olub ki, Həsən Hüseynov terrorçuluğa cəhd və dövlətə xəyanət əməllərinə görə İranda gizlənən İsgəndər Hüseynovun qardaşı oğludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
565 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...