Həyat yoldaşı generalı məhkəməyə verdi - FHN-də növbəti qalmaqal

Həyat yoldaşı generalı məhkəməyə verdi -
Həyat yoldaşı Fövqəladə hallar nazirinin müavini, general Faiq Cavad oğlu Tağı-Zadəni məhkəməyə verib.

Gundeminfo.az unikal-a istinadla xəbər verir ki, Dilarə Məmməd qızı Tağı-Zadə ər-arvad arasında əmlakın bölünməsi ilə əlaqədar Səbail Rayon Məhkəməsinə müraciət edib. Hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə prosesi aprel ayının 2-nə təyin olunub. Keçiriləcək məhkəmə prosesində Dilarə Tağı-Zadə iddiaçı, Faiq Tağı-Zadə isə cavabdeh qismində tanınıb.

Xatırladaq ki, Faiq Tağızadə ötən ilin oktyabr ayında infarkt keçirib və ürəyinə stent qoyulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
388 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...