Həbsdə olan qohumunu azad edəcəyinə söz verdi, 28 min aldı

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları dələduzluq edən paytaxt sakini Sədulla Seyfullayevi saxlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

Bildirilib ki, onun zərərçəkmişə həbsdə olan qohumunun azad olunmasına köməkliklər edəcəyi ilə bağlı yalan vədlər verərək 28000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.
Ətraflı

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin cinayət işi başlanılıb, S.Seyfullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polisə
məlumat verə bilərlər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
425 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...