Kamil Zeynallıya qarşı dələduzluq edən şəxs FHN-in sabiq əməkdaşı olub - İTTİHAM AKTI
İdmançı Kamil Zeynallı və daha 7 nəfərin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan “Oba Construction” tikinti şirkətinin müdiri Emil Ağayevin cinayət işinin bəzi detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, o, “İnstagram”da tikinti, təmir və dizayn sahəsində fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan təsis etdiyi “Oba Construction” MMC adlı şirkətin səhifəsini yaradıb.
Sonra Emil insanları inandırmaq üçün həmin səhifədə şirkətin güzəştli qiymətlərlə evlərin tikintisi, təmiri və dizaynını həyata keçirəcəyi ilə bağlı endirim kompaniyası elan etdiyi barədə yalan məlumatlar paylaşıb. 2022-ci ilin fevral ayının sonlarında fitnes məşqçisi Kamil Zeynallı Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən şəxsi mülkiyyətində olan həyətyanı torpaq sahəsində “Aframe” tipli evin tikilməsi ilə bağlı ona həmin sosial şəbəkə üzərindən müştəri kimi müraciət edib. Emil zərərçəkmişə özünü təmir-tikinti şirkətinin rəhbəri kimi təqdim edərək ona ümumi sahəsi 135 kv.m olan 2 mərtəbəli “Aframe” tipli evi 65 000 manat qiymətində 4 ay ərzində tikib təmir etməklə təhvil verəcəyinə yalan vəd verib. Kamil isə ona müxtəlif vaxtlarda ümumilikdə 20 000 manat pul verib. Təqsirləndirilən şəxs tikintiyə cəmi 7 010 manat pul xərcləməklə vəd verdiyi işi görməyi dayandırıb və zərərçəkmişə 12 990 manat ziyan vurub.
Cinayət materiallarında qeyd edilib ki, o, zərərçəkmişlərə 300 min manata yaxın maddi ziyan vurub. Məhkəmə istintaqında Emil Ağayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Lakin ayrı-ayrılıqda verilmiş mülki iddiaları qismən qəbul edərək ifadəsində göstərib ki, 2008-ci ildən 2018-ci ilə qədər Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsində işləyib. 2017-ci ildən etibarən isə o, tikinti sahəsində fəaliyyət göstərib. Qısa müddət ərzində o, öz tikinti şirkətini, yəni “Oba Construction” MMC-ni açıb. Bu şirkəti açmazdan əvvəl Emil uzun müddət fəhlə, usta və baş usta kimi çox yerlərdə işlədiyini söyləyib. Onun şirkətinin əsas fəaliyyəti - fərdi yaşayış evlərinin tikintisi ilə əlaqədar olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emil Ağayev 8 il müddətinə azadlıqdan məhrum edilib.
448 dəfə oxundu