Təcili yardım maşınında tibb bacısını söydü, cərimələndi

Təcili yardım maşınında tibb bacısını söydü, cərimələndi
Daşkəsəndə tibb bacısına qarşı xuliqanlıq əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə avqustun 20-də baş verib. 1985-ci il təvəllüdlü T.Manafov döş qəfəsindəki ağrılarla əlaqədar 103-ə müraciət edib. Əvvəlcə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına çatdırılan şəxs daha sonra Gəncədəki xəstəxanaya aparılaraq müayinə edilməsini istəyib. O, Təcili Tibbi Yardım stansiyasına məxsus avtomobillə Gəncəyə aparılarkən yolda avtomobildə olan tibb bacısı S.Hüseynovanın ünvanına təhqiramiz ifadələr işlədib.

Tibb işçisinin polisə müraciətindən sonra T.Manafov saxlanılıb. O, tibbi yardım avtomobili aşağı sürətlə hərəkət etdiyi üçün əsəbiləşdiyini və tibb bacısını söydüyünü deyib. Etdiyi əməldən peşmanlıq hissi keçirdiyini bildirib.

Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqamlıq) maddəsi ilə protokol tərtib edilən T.Manafov Daşkəsən Rayon Məhkəməsinə göndərilib.

Məhkəməninin qərarı ilə o, 70 manat cərimə edilib və sərbəst buraxılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
441 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...