Sahibəni öldürən sevgilisi yeniyetmə qızını da zorlayıbmış...

Sahibəni öldürən sevgilisi yeniyetmə qızını da zorlayıbmış...

Ötən həftə Türkiyədə sevgilisi tərəfindən öldürülən azərbaycanlı Sahibə Yüksəlir cinayəti ilə bağlı yeni məqamlar üzə çıxıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 50 yaşlı Sahibəni güllələyib qaçan Rahim A.nın görüntüləri kameralara düşüb. Qeyd edilir ki, qadın ölümündən bir neçə dəqiqə əvvəl ona kömək etmək istəyənlərə borc məsələsi olduğuna görə vurulduğunu deyib. O, sevgilisinə verdiyi pulu geri istəyirmiş.
Sahibəni öldürən sevgilisi yeniyetmə qızını da zorlayıbmış...

Bundan başqa, məlum olub ki, 46 yaşlı Rahim cinayətdən 1 neçə saat əvvəl sevgilisinin 14 yaşlı qızına qarşı seksual hərəkətlər edib. Yeniyətmə qız bununla bağlı polisə müraciət edib. Bildirilir ki, cinayət günündən bəri polis hələ də Rahim A. nı axtarır. O da qeyd edilir ki, bu, onun törətdiyi ilkk cinayət deyil. Belə ki, Rahim 2001-ci ildə 2 nəfəri öldürdüyünə görə 12 həbs cəzası alıb, daha sonra şərti azadlığa buraxılıb.

Xatırladaq ki, iyulun 24-ü 3 uşaq anası, 50 yaşlı Sahibə Yüksəlir özündən 4 yaş kiçik, evli sevgilisi Rahim A. ilə mübahisə edib və 8 dəfə güllələnərək öldürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
777 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...