Hüquq müdafiəçisi “Ləziz” kafesində DÖYÜLDÜ

Hüquq müdafiəçisi “Ləziz” kafesində
Bakıda döyülmə hadisəsi baş verib.

Gundeminfo.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu S.Əsgərova küçəsi 77 ünvanda yerləşən “Ləziz” kafesində qeydə alınıb. Hacıyev Səbuhi Səxavət oğlu kafedə tanıdığı şəxslə mühabisə edib. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Dava zamanı Azər adlı şəxs S. Hacıyevin sifət nahiyyəsinə yumruqla vuraraq onun dişini sındırıb.

Faktla bağlı Yasamal rayonu Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, S. Hacıyev hüquqşünasdır. O, hüquq müdafiəçisi kimi fəaliyyət göstərir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
612 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...