Rusiyada dustaq qeyri-adi üsulla müəssisədən qaçıb

Rusiyada dustaq qeyri-adi üsulla müəssisədən qaçıb
Rusiyanın Krasnoyarsk diyarında yerləşən 42 saylı islahedici müəssisədə saxlanılan dustaq qaçıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, nəzarətin olmamasından istifadə edən dustaq yatağına mulyaj qoyaraq qaçmağı bacarıb.

Lakin adı açıqlanmayan dustaq niyyətini tam həyata keçirə bilməyib. O, müəssisədən qaçsa da elə həmin gün İlanskaya stansiyasında saxlanılıb. Onun barəsində yeni cinayət işi açılıb.

Qeyd edək ki, dustağın hansı cinayətə görə həbs olunduğu haqqında məlumat verilməyib. Onun islah müəssisəsindən nə vaxt qaçdığı da bəlli deyil.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
590 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...