“Hollywood Cinema Club”la bağlı iddialara - Baş Polis İdarəsindən cavab
""Hollywood Cinema Club”un üzərindəki yaşayış binasının sakinləri adından edilən şikayətlərlə bağlı tərəfimizdən müvafiq araşdırmalar aparılıb".
Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, araşdırma zamanı məlum olub ki, bina sakinlərdən birinin şikayəti var və bu şikayətin səbəbi klubun sahibi ilə aralarında yaranan əmlak alqı-satqısına görə anlaşılmazlıqdır. E.Hacıyev vurğulayıb ki, "Hollywood Cinema Club"da hazırda təmir-bərpa işləri aparılır, səsin kənara çıxmaması üçün ötən ilin noyabrından izolyasiya işlərinə başlanılıb, hazırda bu istiqamətdə işlər davam etdirilir:
“Qaldı ki, vətəndaşların şikayətlərinə baxılmaması ilə bağlı iddiallar əsassızdır, daxil olan bütün müraciətlər üzrə araşdırmalar aparılmaqla, inzibati xəta tərkibi yaradan hallarla bağlı protokol tərtib olunub. Sahibkarlıq subyektində sakinlərin narahatlığına səbəb olan halların tam aradan qaldırılması üçün Ekologiya və Təbii Sərvətlər nazirliyinin müvafiq departamentinə müraciət olunub. Tərəfimizdən araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, yeniavaz.com saytının yaydığı məlumata görə, adıçəkilən klubdan gecə saatlarında sərxoş vəziyyətdə çıxan müştərilər küçədə yüksək səslə mahnı oxuyub rəqs edərək yerli sakinləri narahat edirlər və sakinlərin dəfələrlə şikayət etməsinə baxmayaraq polisin hər hansı tədbir görmədiyi iddia olunur.
628 dəfə oxundu