Həkim dərman borcuna görə dərmanla özünü öldürdü

Həkim dərman borcuna görə dərmanla özünü öldürdü

Bakıda aptek sahibi, həkim Sənan Həsənov intihar edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 49 yaşlı S.Həsənov bu gün Yasamal rayonunda yerləşən özünə məxsus aptekdə dərman içərək özünü öldürüb.

Məlumata görə, S.Həsənovun dərman biznesi ilə bağlı çoxlu borcu yaranıb və son vaxtlar pulu qaytara bilmədiyi üçün depressiyaya düşüb. İlkin ehtimala görə, S.Həsənov bu səbəbdən intihar edib.

O, son paylaşımlarından birində jurnalist İbrahim Nəbioğlunun xoşbəxtliklə bağlı məqaləsini paylaşaraq “Nə xoşbəxtdir ki, bu məqalədə qeyd edilən təki xoşbəxt olmaq. Oxuyun, xoşbəxt olun, zaman gedir”, - deyə qeyd edib.

Murad Əhməd



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
626 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...