Masallıda ər arvadını, qaynını və qayınanasını güllələyib

Masallıda ər arvadını, qaynını və qayınanasını güllələyib


Masallıda güllələnmə hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Sarvan Azərxan oğlu Ağayev ov tüfəngi ilə həyat yoldaşı - 1999-cu il təvəllüdlü Alimə Əli qızı Nəbiyevaya, qaynı - 1995-ci il təvəllüdlü Miralim Əli oğlu Nəbiyevə və qayınanası - 1977-ci il təvəllüdlü Zemfira Ələsgər qızı Nəbiyevaya odlu silahdan atəş açıb. S. Ağayev daha sonra özünü güllələyib.

Nəticədə həyat yoldaşı və qaynı hadisə yerində ölüb, özü və qayınanası isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə ailə münaqişəsi zəminində baş verib.

Qeyd edək ki, hadisə barədə ilk xəbəri "baku.ws" saytı yayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
578 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...