Arvadını avtobusda öldürən ərə 18 il həbs verildi

Arvadını avtobusda öldürən ərə 18 il həbs verildi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən 1962-ci il təvəllüdlü Namiq Həzi oğlu Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb. Virtualaz.org saytının əldə etdiyi məlumata görə, hakim Mayıl Bayr amovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarına əsasən, Namiq Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxsin 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Qeyd edək ki, hadisə bu il aprel ayının 8-də gecə saatlarında baş verib. Xırdalan-Bakı xətti üzrə hərəkət edən 135 saylı sərnişin avtobusunda N.Məmmədov aralarında yaranan münaqişə zəminində həyat yoldaşı F.Şəfiyevanı bıçaqlayaraq qətlə yetirib. F.Şəfiyeva ağır bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda ölüb.

N.Məmmədov Yasamal Rayon Polis İdarəsinə gedərək törətdiyi cinayət əməlini etiraf edib. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 040 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...