"Qapını döyürdük, açan olmurdusa, özümüz açırdıq” VİDEO

"Qapını döyürdük, açan olmurdusa, özümüz açırdıq”


Bakıda saxlanılan oğru dəstə üzvləri arasında Gürcüstan vətəndaşları da var. Binəqədi rayon Polis İdarəsinin əməliyyatçıları mənzil oğurluqlarında şübhəli bilinən şəxsləri saxlayıb.

Saxlanılan İrakliy Bjalava və Zaza Gelantiya Bakıya sentyabr ayının 14 – də Ramil Dünyamalıyevlə telefonla danışdıqdan sonra gəliblər. Bakıya mənzillər qarət edib pul və qızıl-zinət əşyaları əldə etmək üçün gələn qonaqlara Ramil 350 manata kirayə mənzil də tutub. Gelantiya Zazanın sözlərinə görə, Ramillə Gürcüstanda cəzaçəkmə müəssisəsində tanış olublar. Saxlanılan şəxslər inandırıcı olmasa da, Bakıya istirahət məqsədilə gəldiklərini söyləyib.

Zaza Gelantiya - Saxlanılan şəxs: “Bakıya istirahətə gəlmişdik, sonra pulumuz qutardı, mənzilə 350 manat kirayə pulu verirdik. Oğurluğa əl atmalı olduq. Qapını döyürdük, açan olmurdusa, onu özümüz açırdıq”. Saxlanılan İrkaliy Bjalava da Bakıya oğurluq məqsədilə deyil, ancaq istirahət üçün gəldiklərini deyib. Ancaq Ramil Dünyamalıyev bildirib ki, onunla telefon əlaqəsi saxlayan Zaza Gelantiya tanışı ilə birlikdə Bakıya oğurluq məqsədi ilə gəlmək istədiyini deyib.

Ramil Dünyamalıyev - saxlanılan şəxs: "Oğurluğa getdiyimizi bilirdim, demirəm ki, sənə bilmirdim. Prosta, hansı evi yaracağımızı dəqiq bilmirdim. Avtobusdan düşdük, bunlar getdi, mən də arxalarınca getdim. Yuxarıya çıxıb işlərini gördülər, mən də aşağıda gözlədim. Sumkada planşet-zad var idi". Araşdırma zamanı saxlanılan şəxslərin Binəqədi rayon sakini Səkinə Şabanovanın evindən 800 manat dəyərində qızıl-zinət əşyaları və 120 manat nağd pul, Dilşad Abdulovanın evindən isə 5610 manat dəyərində qızıl və müxtəlif əşyalar oğurladıqları təsdiqini tapıb. Faktla bağlı Binəqədi rayon polis idarəsində Cinayət işi başlanıb. Saxlanılan şəxslərin oxşar cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır. (Region TV)





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 088 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...