DSX çayda batan əsgərin yaxınlarını əraziyə aparıb

DSX çayda batan əsgərin yaxınlarını əraziyə aparıb
Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqatala Sərhəd Dəstəsinin Alazan çayında batan əsgərinin yaxınları hadisə baş verən əraziyə aparılıb.

"Ölkə.Az" DSX-yə istinadən xəbər verir ki, əsgər Fərdi Yarəliyevin qohumları onun öldüyü çay kənarında olub, şahidlər və əsgər yoldaşları ilə görüşüblər.

Əsgərin çayda üzməsinə şahid olan, ona bunun təhlükəli olduğunu deyən Zaqatala rayonu 1-ci Tala kənd sakini Ramazan Hacıyev gördüklərini mərhumun valideyninə danışıb.

Sərhəd zastavasında sərhəd naryadında olan hərbi qulluqçuların təhlükəsizlik qaydalarının tələbləri, o cümlədən də çayda üzmənin qəti qadağan edilməsi barədə qeydiyyatlar mərhumun qohumlarına təqdim olunub.

Məhkəmə tibb eksperti Ramin Cəbrayılov keçirdiyi tibbi ekspertiza barədə məlumat verib.

Zaqatala hərbi prokuroru Surxay Hüseynov əsgərin yaxınları ilə görüşüb, mərhumun cəsədinin çaydan çıxarılmasını əks etdirən videomateriallar nümayiş etdirilib, suallar cavablandırılıb.

Qeyd edək ki, hərbi xidmətdə ölmüş Fərdi Yarəliyevin yaxınları sosial mediada onun çayda batması ilə bağlı məlumatı qəbul etmədikləri barədə məlumatlar yayıblar. Onlar mərhum əsgərin cəsədinin şəkil və videogörüntüsünü paylaşaraq, onun güllə yarasından öldüyünü iddia ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
626 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...