Milyarder Baş İstintaq İdarəsinin rəis müavinini niyə tutdurub?

Milyarder Baş İstintaq İdarəsinin rəis müavinini niyə tutdurub?


Milli Təhlükəsizlik Nazirliyinin Baş istintaq İdarəsinin rəis müavini Sahib Ələkbərovun məhkəməsi başlayacaq. Etibarlı mənbədən Bizimyol.info-ya daxil oluna məlumata görə, S.Ələkbərov təxminən iki ay əvvəl həbs edilib. Mənbə onun Göyçaydan olan bir iş adamını əsassız olaraq həbs edərək 200 min manat aldığını bildirib.

Həmin şəxs isə «Aznar» ASC-nin prezidenti, milyarder iş adamı Fərhad Əhmədovun yaxın qohumu olub. F.Əhmədov müdaxilə etməyə cəhd görsətsə də onu dinləməyiblər. Nəticədə o, hakimiyyətdəki əlaqələrindən istifadə edərək hadisəni ölkə başçısına çatdıra bilib. Bundan dərhal sonra Sahib Ələkbərov həbs edilib.

Mənbənin məlumatına görə ötən ay S.Ələkbərov məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb. Bu yaxınlarda onun işi ilə bağlı proses başlayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 333 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...