Bostanda işləyən gəlinini tülkü zənn edib atəş açdı

Bostanda işləyən gəlinini tülkü zənn edib atəş açdı


Bartinda bostanına tülkü girdiyini zənn edib atəş açan yaşlı adam səhvən lobya yığan gəlinini öldürüb.

Yenisabah.az xəbər verir ki, hadisə axşam saatlarında Qarahüseynli kəndində baş verib. İddialara görə, daha əvvəl ailənin üç toyuğunu tülkü aparıb. Axşam saatlarında bağçadan səs gəldiyini görən Mustafa Gökçe adlı şəxs isə yenə tülkünün gəldiyini zənn edib. Buna görə də ov tüfəngini götürüb və 2 dəfə atəş açıb. Yaşlı adam gəlinini vurduğunu anladıqda dərhal Təcili Yardıma zəng vurub . Tibb işçiləri yoxlamadan sonra 2 uşaq anası Gönül Gökçenin həyatını itirdiyini bildirib.

Qeyd edək ki, Mustafa Gökçe polislər tərəfindən nəzarətə götürülüb. Hadisə ilə bağlı istintaq başladılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
576 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...