Hərbi qulluqçuların pensiyası artırılacaq

Hərbi qulluqçuların pensiyası artırılacaq

Azərbaycanda hərbi qulluqçularln pensiya təminatı ilə bağlı yeni qanun layihəsi hazırlanır. Oxu.Az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib.

O bildirib ki, ötən gün dünən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə danışıb: “Nazir mənə dedi ki, qanun layihəsi hazırlanır. Əsas məqsəd indeksasiya tətbiq etməkdir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev layihə barədə məlumat verib. O deyib ki, təklifə əsasən, əmək haqlarında artım olan hərbçilərin pensiyası artırılacaq.

“Digər tərəfdən isə, ümumi əsaslarla da pensiya təminatı onsuz hər il gücləndirilir”, - deyə, A.Əliyev əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
659 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...