Kirayə qaldığı evlərdən oğurluq edən şəxs yaxalandı

Kirayə qaldığı evlərdən oğurluq edən şəxs yaxalandı

Abşeron rayonunda kirayə yaşadığı mənzillərdən oğurluq edən şəxs saxlanılıb.

Gundeminfo.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Məhəmməd Abdullayev tutulub. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs kirayə yaşadığı mənzillərin sahiblərinə məxsus məişət əşyalarını oğurlayıb.

Bu üsulla Məhəmməd Abdullayev Abşeron rayonunda bir neçə kirayə mənzil verən şəxsə ziyan vurub. Onun barəsində Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Saxlanılan şəxsin başqa analoji cinayətlər törətdiyi də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, Abşeron Rayon Polis İdarəsinə və ya DİN-in “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
739 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...