Hacıqabulda polis şöbəsində intihar

Hacıqabulda polis şöbəsində intihar
Hacıqabul Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bir neçə gün öncə Hacıqabul Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada sutkalıq həbs edilmiş Hacıqabul rayon sakini İkram Məlikov polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasında bu gün intihar edib:

“O, bu gün müvəqqəti saxlanma təcridxanasında mələfə ilə özünü asıb. Dərhal ekspertlər, prokurorluq və polis əməkdaşları hadisə yerinə gediblər, meyitə baxış keçiriblər. Onun intihar nəticəsində dünyasını dəyişdiyi təsdiqlənib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
709 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...