Hakim mollanın cinayət işinə xitam verdi

Hakim mollanın cinayət işinə xitam verdi

Zərdab rayonunda “Cümə” məscidinin axundu Şahsuvar Əmiraslanov barəsində karantin qaydalarını pozmağa görə inzibati protokol tərtib edilib. Gundeminfo.az xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimələnib.

Belə ki, Zərdab şəhər sakini Şahid Fərəcov dünyasını dəyişən həyat yoldaşı Afərim Fərəcovanın dəfn mərasiminin təşkili üçün axund Ş.Əmiraslanova müraciət edib.

Dəfn mərasimində axundla yanaşı 20 nəfərə yaxın kənd sakini də iştirak edib.Axund İsaqbağı kənd qəbiristanlığında dəfn mərasimində iştirak etdiyi üçün Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən RPŞ-yə gətirilib və ona inzibati xəta haqqında protokol tərtib olunub.

Ş.Əmiraslanov bununla bağlı Zərdab Rayon Məhkəməsinə müraciət edib. O, müraciətində heç bir karantin qaydalarını pozmadığını və dəfn mərasimini karantin qaydalarına uyğun həyata keçirdiyini bildirib. Axund həmçinin dəfn mərasimində digər şəxslərin iştirakına görə məsuliyyət daşımadığını qeyd edib.

Hakim Tahir Qubadovun sədrliyi ilə keçirilən məhkəmə iclasında inzibati xəta haqqında işə baxılıb və həmin işin icraatına xitam verilib.(Report)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
741 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...