Özünü akademikin oğlu kimi təqdim edib insaları aldadırdı TUTULDU
Özünü mərhum akademik Bəkir Nəbiyevin oğlu kimi təqdim edərək vətəndaşlardan pul yığan şəxs tutulub.
Bu barədə APA-ya B.Nəbiyevin oğlu Sadıx Nəbiyev məlumat verib. O, qeyd edib ki, bu ilin iyun ayından başlayaraq naməlum şəxs dövlət orqanlarına, tanınmış elm, ədəbiyyat və incəsənət xadimlərinə zəng edərək özünü akademik Bəkir Nəbiyevin oğlu kimi təqdim edib, maddi vəziyyətinin ağırlığını, xəstə uşağına dərman ala bilmədiyini söyləyərək maddi kömək göstərilməsini xahiş edib: “Xoşbəxtlikdən müraciət edilən şəxslərin çoxu məni tanıdığı üçün tərəfimdən belə hərəkətin mümkünlüyünü qəti şəkildə istisna edən, zəng edənin dələduz olduğunu tez başa düşən şəxslər olublar. Təəssüf ki, fırıldaqçının toruna düşən, ona inanıb pul verənlər də olub”.
Məsələ ilə bağlı dərhal polisə müraciət etdiyini qeyd edən S.Nəbiyev artıq dələduzluq edən şəxsin tutulduğunu bildirib: “Hadisədən xəbər tutan kimi dərhal Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət etdim. Onun göstərişi ilə Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri operativ əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzun şəxsiyyəti, işin cəhətləri müəyyən edildi. Qaçıb gizlənmək cəhdlərinə baxmayaraq Mehrəliyev Ceyhun Elçin oğlu polis tərəfindən tutulub”.
788 dəfə oxundu