Hacı Məmmədovun dəstəsinin üzvünün məhkəməsi başa çatıb

Hacı Məmmədovun dəstəsinin üzvünün məhkəməsi başa çatıb


Bakı Apellyasiya Məhkəməsində adam oğurluğu, sifarişli qətllər və digər xüsusilə ağır cinayətlərdə ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilən Daxili İşlər Nazirliyi Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun dəstəsinin üzvü olmuş Ədalət Əsədullayevin apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib. Qeyd edək ki, Ə. Əsədullayev cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizə ilə Xəzər rayon Məhkəməsinə müraciət edib. Lakin iddia təmin olunmayıb. Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 17 yanvar 2007-ci il tarixli hökmü ilə Ədalət Əsədullayev 12 il müddətinə azadlıqdan məhrum edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 133 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...