Türkiyədə adam öldürüb qaçdı, 3 il Azərbaycanda gizləndi...
İnterpol 3 il əvvəl Türkiyədə qətl törədən və Azərbaycanda gizlənən şəxsi yaxalayıb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 55 yaşlı Cevat Koparır bir gün əvvəl Azərbaycanda saxlanılaraq təyyarə ilə Türkiyəyə aparılıb.
O, 2017-ci il avqustun 30-da Muğla bölgəsindəki restoranlardan birində qətl törədib. Cevat Koparır həmin gün gecə saatlarında bir qadınla restoranda yemək yeyərkən orada işləyən Murat Ekici ilə aralarında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və Koparır bıçaqla Ekicinin ürəyindən zərbə endirib.
Cevat Koparır
O, yaralını hadisə yerinə gələn təcili yardım briqadasına təhvil verərək qaçıb, yanındakı qadını Aydın bölgəsində buraxaraq izini itirib. Yaralı xəstəxanada keçinib, Türkiyə hüquq-mühafizə orqanları Koparır barəsində beynəlxalq axtarış elan edib. Bu günlərdə onun Azərbaycanda gizləndiyi təsbit edilib və C.Koparırın yaxalanması üçün İnterpol xətti ilə əməliyyat keçirilib. Şəxs xüsusi təyyarə ilə Dalaman hava limanına aparılıb, oradan isə istintaq hərəkətləri üçün Muğlaya göndəriləcəyi bildirilir. (virtualaz.org)
835 dəfə oxundu