Hökumət "Qış Bulvarı"na görə cərimələndi

Hökumət "Qış Bulvarı"na görə cərimələndi


Bu gün «Qış Bulvarı» (Qış parkı) ucbatından ev-eşiklərindən məhrum olmuşlar ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin ilk qərarı (http://hudoc.echr.coe.int/eng… ) qəbul edilib.

Bu barədə Facebook səhifəsində vəkil Fuad Ağayev məlumat verib. Məlumata görə, Nuriyə Xalikovanın ərizəsi üzrə məhkəmə müəyyən edib ki, onun İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının 5-ci (azadlıq hüququ) və 8-ci (mənzil hüququ) maddələri, eləcə də həmin Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsi (mülkiyyət hüququ) ilə nəzərdə tutulmuş hüquqları pozulub.Məhkəmə ərizəçiyə maddi zərərə görə 45000, mənəvi zərərə görə 15000, xərclərə görə isə 2500 avro məbləğində təzminat ödənilməsi barədə qərar çıxarıb.

Virtualaz.org xatırladır ki, sonradan park salınan həmin ərazidən ümumilikdə 5 minə yaxın ailə köçürülüb.


Hökumət "Qış Bulvarı"na görə cərimələndi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3 016 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...