Rəhim Qazıyev ev dustaqlığına buraxıldı
Səbail rayon məhkəməsində Rəhim Qazıyev barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi məsələsinə baxılıb.
Vəkil Elçin Sadqovun Modern.az-a verdiyi məlumata görə, hakim Şəhla Süleymanovanın sədrliyilə keçirilən məhkəmədə Rəhim Qazıyev barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatət təmin edilib:
“Ev dustaqlığı qətimkan tədbirinin müddəti 13 noyabr 2020-ci il tarixədək müəyyən edilib”.
Rəhim Qazıyev iyulun 13-də Dövlət Təlükəszilik Xidmətinin əməkdaşları tərəfindən Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.
Qurumun məlumatında o, iyulun 12-də və 13-də “Azərbaycan-Ermənistan sərhədində döyüş əməliyyatlarının aparıldığı bir vaxtda məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsi ilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər” yaymaqda ittiham edilir.
Məlumatda qeyd olunur ki, sabiq müdafiə nazirinin “ölkənin müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub"
976 dəfə oxundu