Goranboy İcra Hakimiyyətində yeni təyinatlar

Goranboy İcra Hakimiyyətində yeni təyinatlar

Goranboy Rayon İcra Hakimiyyətində yeni təyinatlar olub.

Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin əmri ilə Yasin Şəmsəddin oğlu Məmmədov Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Bundan başqa, Şaiq Akif oğlu Qənbərli Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsinə gətirilib.

Qeyd edək ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin keçmiş müdiri Sayad Quliyev vəzifəsindən təqaüd yaşına çatdığı üçün azad edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
524 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...