Bakıda məşhur tikinti şirkətinin əmlakına həbs qoyuldu
"Svit Haus” Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakının üzərinə həbs qoyulması barədə məhkəmə qərardad çıxarıb.
Gundeminfo.az-ın Demokrat.az-a istinadən məlumatına görə, borculu "Svit Haus” Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumilikdə 65.173,61 manat, vurulmuş mənəvi zərərə görə 1.000 manat və 11 manat məbləğində dövlət rüsumunun əvəzi tələbkarın xeyrinə ödənilməsi barədə Binəqədi rayon Məhkəməsinə müraciət edilib.
Tələbkar 1 nömrəli Mənzil Tikintisinə və Satışına dair müqavilə üzrə borclu MMC-nin borcunun ödənilməsi üçün Binəqədi rayon icra və probasiya şöbəsinə müraciət edib.
"Svit Haus” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, 59 saylı mənzil qeydiyyatdan keçib.
Həmin mənzilin üzərinə həbs qoyulması üçün Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Binəqədi rayon Məhkəməsinə təqdimatla müraciət edib.
Təqdimatda MMC-yə məxsus həmin mənzilin üzərinə həbs qoyulması və hərrac yolu ilə satılması, tələbkara dəymiş ziyanın ödənilməsi istənilib.
Hakim Məhəmməd Rüstəmlinin sədrliyi ilə baş tutan iclasda təqdimat qismən təmin edilib.
MMC-yə məxsus Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 59 saylı mənzilinin üzərinə həbs qoyulması barədə qərar qəbul edilib.
Qeyd edək ki, "Svit Haus” Məhdud Məsuliyyətli Cəmiyyəti paytaxtda hündürmərtəbəli binaların tikintisi ilə məşğul olur.
580 dəfə oxundu