Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb

Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb
Sentyabrın 22-də saat 08 radələrində Xətai rayonu, X.Rüstəmov küçəsində 1970-ci il təvəllüdlü Habil Mahmudovun hündürlükdən yıxılması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xətai rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, ilkin araşdırmalarla qeyd edilən ünvanda inşa edilməkdə olan birmərtəbəli fərdi yaşayış evinin damında təmir işləri aparılarkən orada fəhlə işləyən Habil Mahmudovun təhlükəsizlik qaydalarının pozulması nəticəsində damdan yıxılması və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
554 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...