Deputatlığa namizəddən “məşhur” Gülnarla bağlı Açıqlama

Deputatlığa namizəddən “məşhur” Gülnarla bağlı


“Adı şantaj olayında hallanan Gülnar Əhmədova 2013-cü ilin sentyabr ayında işdən azad olunub. Hazırda o mənim işçim deyil”. Bunu AzVision.az-a açıqlamasında Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri, 46 saylı seçki dairəsindən deputatlığa namizəd Paşa Nəbiyev deyib. O, G.Əhmədovanın insanları şantaj etməsi kimi qanunsuz əməllərindən xəbərdar olmadığını deyib. “Bizdə işlədiyi zaman belə bir məlumatımız olmayıb. Heç düşünməzdik ki, o belə işlə məğul olsun. İşdən azad olunandan sonra onunla əqalə saxlamamışıq. Bizlə işlədiyi zaman normal olaraq işinə gəlib-gedirdi”.

Qeyd edək ki, qafqazinfo-nun məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini Səbuhi Məmmədov və Hacıqabul rayon sakinləri - Güləhməd Mirzəyevlə Natiq Kazımov saxlanılıb.

Aparılan araşdırma nəticəsində onların Gülnar adlı şəxs vasitəsi ilə barələrində rüsvayedici videolar yayacaqları hədəsi ilə bir neçə vətəndaşdan külli miqdarda pul almaları da müəyyən edilib. Şirvan şəhər sakini Gülnar Əhmədova da saxlanılaraq istintaqa cəlb edilib.

G.Əhmədova şəhərdə imkanlı kişilərlə cinsi əlaqədə olub, həmin anı videokamera ilə qeydə alırmış. Sonradan isə həmin videoları yayacağı ilə hədələyib onlardan külli miqdarda pul alıb. Artıq bir neçə kişi onun qurabınına çevrilib. İki nəfər isə G.Əhmədovanın tələbini yerinə yetirmədiyi üçün video görüntülər şəhər camaatı arasında yayılıb. Bundan sonra hüquq-mühafizə orqanlarına şikayət edilib və G.Əhmədova saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 119 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...