Prokuror vəkil Mənsum Bayramova 10 il cəza istədi

Prokuror vəkil Mənsum Bayramova 10 il cəza istədi


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Mənsum Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək M. Bayramovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses noyabrın 3-də davam etdiriləcək. Qeyd edək ki, M. Bayramova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Mənsum Bayramov 2005-ci ildə Mərkəzi Seçki Komissiyasının AXCP">AXCP-dən namizədliyi irəli sürülən üzvü olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 091 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...