Qətlə yetirilən müəllimənin həyat yoldaşı komadadır

Qətlə yetirilən müəllimənin həyat yoldaşı komadadır


Beyləqanda müəmmalı şəkildə qətlə yetirilən qadının meyiti ailəsinə verilib. APA-nın Qarabağ müxbiri xəbər verir ki, Beyləqan şəhəri Üzeyir Hacıbəyov küçəsində yaşayan, Beyləqan şəhər 3 saylı orta məktəbin fizika müəllimi 1958-ci il təvəllüdlü Quliyeva Səbahət Qəhrəman qızının meyiti evdə aşkarlanıb. Onun həyat yoldaşı Quliyev Natiq Nadir oğlu isə koma halında olub.

Yaxınlarının verdiyi xəbərə görə, övladları Bakıda yaşayan Quliyevlər evdə tək olublar. Müəllimənin meyiti dəfn olunması üçün Ağdaş rayonuna aparılıb. Ötən gündən Beyləqan Mərkəzi Rayon Xəstəxanasında olan Natiq Quliyevin səhhəti ilə bağlı isə açıqlama verilmir. Ailə üzvlərinin onunla görüşünə icazə verilmədiyi bildirilir. Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 149 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...