Əvəz Ələkbərovun qohumunun qətlində müəmma

Əvəz Ələkbərovun qohumunun qətlində



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin keçmiş rəis müavini Füzuli İsgəndərovun qətlində ittiham olunan xanımı, Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Xalidə İsgəndoravının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Hazırlıq iclasında təqsirləndirilən şəxsin vəkillləri Cavanşir Süleymanov və Abuzər Mütəllimov istintaqın düzgün aparılmadığını, müdafiə etdikləri şəxsin günahsız həbs olunduğunu, qətlin Xalidə İsgındərli tərəfindən törədilmədiyi bildiriblər.

Müdafiəçilər istintaq zamanı sübutların saxtalaşdırıldığını qeyd ediblər: “Cinayət törədilən yerdə başqa şəxsə məxsus qan izləri aşkar edilib. Sübutlar saxtalaşdırılıb. Bu cinayəti başqa şəxs törədib” . Vəkillər cinayət işinin ibtidai istintaqa qaytarlması ilə bağlı vəsatət qaldırıblar. Məhkəmənin hazırlıq iclası sabah davam etdiriləcək. Qeyd edək ki, qətl hadisəsi ötən il sentyabr ayının 1-də Bakı şəhəri, Babək prospekti, ev 17-də baş verib. Hadisədən iki gün öncə F.İsgəndərov böyük qızına təmtəraqlı toy edib. Ehtimal olunurdu ki, F.İsgəndərovun evinə soxulan şəxs hadisəni tamah məqsədilə törədib. İlkin versiyaya görə, maskada olduğu bildirilən qatil ev sahibinə çoxsaylı bıçaq zərbələri vurmaqla onu qətlə yetirib. Daha sonra evə girdiyi və Füzuli İsgəndərovun həyat yoldaşı Xalidə İsgəndərlini boğmağa başladığı, bu zaman üzündən maskası düşdüyü və bundan sonra qadını buraxaraq qaçıb getdiyi iddia olunurdu.

2015-ci il, aprelin 13-də F.İsgəndərovun həyat yoldaşı Xalidə İsgəndərova və qızı Əmanə İsgəndərova növbəti dəfə istintaqda dindirilib, onlar zərərçəkən kimi tanınıb.

İki həftə sonra - aprelin 30-da isə müstəntiq zəng vuraraq X.İsgəndərovanı və qızı Əmanəni təkrarən prokurorluğa çağırıb. Bundan sonra isə Xalidə İsgəndərova şübhəli şəxs kimi saxlanılıb.

İstintaqın gəldiyi nəticəyə görə, F.İsgəndərov elə öz həyat yoldaşı tərəfindən qətlə yetirlilib. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub.

Əvəz Ələkbərovun qohumunun qətlində


X.İsgəndərovanın qardaşı Eldar İbrahimov virtualaz.org saytına açıqlamasında bacısının haqsız yerə həbs olunduğunu demişdi: “Bacım baş vermiş qətl hadisəsinin icraçısı yox, şahidi olub. Ona qarşı irəli sürülən bu ittihamlar əsassızdır. Bütün bunlar bacıma atılan şər-böhtandır, ona qarşı qurulan bir oyundur. O, öz ərini niyə öldürməli idi ki?!”

Qeyd edək ki, bu il sentyabr ayının 18-də Xalidə İsgəndərovanın qızları, qardaşları, 79 yaşlı anası və digər qohumları Baş Prokurorluğun binası qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.

X.İsgəndərovanın günahkar olmadığını iddia edən qohumları Baş Prokurorluğun qarşısına dəfələrə lazımi instansiyalara müraciət etsələr də heç bir müsbət nəticə əldə edə bilmədiklərindən toplaşdıqlarını bildiriblər.

Xatırladaq ki, mərhum F.İsgəndərov sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu idi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 138 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...