Biznesmen öz başını niyə kəsib? - Yenilənib

Biznesmen öz başını niyə kəsib? -


Bakıda dəhşətli intihar hadisəsi baş verib. Lent.az-ın əldə etdiyi məlumata görə, 1972-ci ildə Zəngilan rayonunda anadan olmuş Hümmətov Həsənqulu aydın oğlu Zabrat qəsəbəsi Oktyabr küçəsindəki evində boğazını kəsərək intihar edib. Çoxlu qan itirən H.Hümmətov hadisə yerindəcə keçinib.

Bildirilir ki, intihar edən şəxs xeyli müddət imiş ki, Rusiyada yaşayırmış və qonşu ölkədə bizneslə məşğul imiş. O, bir müddət əvvəl Azərbaycana qayıdıbmış. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. "Boğazını kəsərək intihar edən Həsənqulu Hümmətovun meyitini atası Aydın hamamda aşkar edib". Bu barədə Axar.az-a Sabunçu rayon Prokurorluğunun müstəntiqi Turan Abbasov deyib.

İntihar faktını araşdıran müstəntiqin sözlərinə görə, H.Hümmətov hamama girib və çıxmayıb. Ailəsinin ilkin məlumatına görə, mərhumun psixoloji problemləri olub. Müstəntiq intiharın konkret hansı səbəbdən baş verdiyinin araşdırıldığını qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 137 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...