“Sədərək” rəhbərinin mühafizəçisi öldürüldü

“Sədərək” rəhbərinin mühafizəçisi öldürüldü


Bu gün səhər saatlarında “Sədərək” ticarət mərkəzində qanlı olay baş verib.

“Qafqazinfo” ya daxil olan məlumata görə, ticarət mərkəzinin “Elit” bölməsində müştəri ilə bazarın iki mühafizəçisi arasındakı mübahisə ölümlə nəticələnib. Belə ki, səhər saatlarında “Sədərək “ ticarət mərkəzinin müdiri Yusif Qədimovun oğlu Mehman Qədimov iki mühafizəçi ilə birgə bazarda gəzirmiş. Bu zaman bir müştərinin siqaret çəkdiyini görən M. Qədimov ona burada siqaret çəkməyin qadağan olduğunu deyib. Xəbərdarlıqdan sonra müştəri siqareti söndürərək yerə atıb. Mühafizəçilər isə siqareti yerdən götürüb zibil qutusuna atmağı ondan istədikdə isə tərəflər arasında mübahisə yaranıb. Bu zaman müştəri corabında gizlətdiyi bıçağı ilə mühafizəçinin birini yaralıyıb, o birini isə öldürüb. Hadisə yerinə polislər gələrək müştərini həbs ediblər.

Polis hadisə yerində araşdırma aparır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 123 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...