Vidadi Zeynalov apelyasıya verəcək

Vidadi Zeynalov apelyasıya verəcək


Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbs edilən Aparat rəhbəri Vidadi Zeynalov barəsində seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət qaldırılacaq.

Trend-in əldə etdiyi məlumata görə, yaxın günlərdə müdafiə tərəfi vəsatəti məhkəməyə təqdim edəcək.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 120 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...