"Muğanbank"a borca görə özünü yandıranın işində şok - ADLAR
Bu gün sabiq deputat, rektor Əhməd Vəliyevə məxsus olduğu deyilən bankın önündə kreditor özünü yandırıb. GUNDEMİNFO.AZ vizual.-a istinadən xəbər verir ki, intiharın təfərrüatı üzə çıxıb. Məlum olub ki, "Muğanbank”a borclu olan Naxçıvan sakini Malik Hüseynov krediti ödəyə bilmədiyi üçün bu addımı atıb. O, Binəqədi filialının qarşısında üstünə benzin tökərək özünü yandırıb. Hadisə "Azadlıq Prospekti” metrostansiyası yaxınlığında, 8-ci mkr. S.S.Axundov küçəsində qeydə alınıb. Özünü yandıran şəxs banka gəlməzdən əvvəl Binəqədi Rayon İcra Hakimiyyətində olub.
O, İcra Hakimiyyəti Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovla görüşüb. . AzNews.az xəbər verir ki, banka borclu olan şəxs R.Göyüşovdan qardaşı oğlu və "Muğanbank” ASC-nin Müşahidə Şurasının üzvü Urfan Göyüşovdan ona güzəşt etməsi üçün xahiş etməsini istəyib.
Lakin R.Göyüşov qardaşı oğlunun işlərinə qarışmadığını bildirib və banka müraciət etməsini deyib. Vətəndaş çıxış yolu olmadığını görüb canına qəsd edib. Yada salaq ki, bir neçə gün əvvəl Binəqədinin rəhbəri Xaləddin İsgəndərovun adamı olan Ramiz Göyüşov və yaxınları barədə məlumatlar yayılmışdı. İstiqlal.az yazmışdı ki, R.Göyüşovun oğlu Rəşad Göyüşovun adı MTN işində hallanır. Sayt yazıb ki, Rəşad Göyüşov MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun bankı kimi təqdim edilən "Muğanbank”ın mərkəz filialının sədridir.
R.Göyüşovun qardaşı oğlu Urfan Göyüşov isə 2009-cu ildən "Muğanbank” ASC-nin Müşahidə Şurasının üzvü və bankda əsas söz sahiblərindəndir. R.Göyüşovu bu hadisələrə yaxınlaşdıran digər mühüm fakt isə başqa qardaşı oğlu - Fariz Göyüşovun MTN-nin Nizami rayon idarəsinin rəisi vəzifəsini daşımasıdır.
1 139 dəfə oxundu