Moskvada adam oğurlayan iki azərbaycanlı saxlanıldı

Moskvada adam oğurlayan iki azərbaycanlı saxlanıldı


Rusiya Daxili İşlər Nazirliyi Baş cinayət-axtarış idarəsi əməkdaşlarının və “Rıs” (Vaşaq) xüsusi dəstəsinin birgə keçirdiyi əməliyyat nəticəsində Moskavada iki azərbaycanlı saxlanılıb. Azvision.az xəbər verir ki, DİN-in yaydığı məlumatda saxlanılan şəxslər şantaj, insan oğurluğu və silahlı hücumların təşkilində şübhəli bilinirlər.

Rusiya DİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, noyabrın 20-i saxlanılan şəxslər paytaxtda fəaliyyət göstərən sahibkarlardan birini qaçırmağa cəhd ediblər. Lakin qaçırılması planlaşdırılan şəxs aktiv şəkildə müqavimət göstərib ki, bu da azərbaycanlıların işi sona çatdırmasına mane olub. Sahibkarların pulunu oğurlayan həmyerlilərimiz gizlənə bilib. Faktla bağlı “qrup şəklində soyğunçuluq törətmək” maddəsi üzrə cinayət işi başladılıb.

Bundan sonra Rusiya polisi xüsusi əməliyyat keçirərək onları saxlayıb. Saxlanılan zaman onların üzərindən bıçaq, həmçinin cinayət zamanı istifadə olunan avtomobil müsadirə olunub. Həmyerlilərimiz cinayət törətdikdən sonra məhz bu avtomobillə hadisə yerindən uzaqlaşırmışlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 124 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...