Ana və körpəsi doğuş vaxtı öldü

Ana və körpəsi doğuş vaxtı öldü


Azərbaycanda ana və uşaq ölümü baş verib. Məlumata görə, Xaçmaz rayon sakini, 32 yaşlı Cəbrayılova Leyla Bilal qızı Quba Mərkəzi Rayon Xəstəxanasının (MRX) Regional Perinatal Mərkəzinə gətirilib. Doğuş zamanı vəziyyəti pisləşən L.Cəbrayılova ölüb, onun körpəsini də xilas etmək mümkün olmayıb.

Quba MRX-nın baş həkiminin müavini Əliyar Sərvərov APA-ya bildirib ki, ölümü səbəbi hələlik məlum deyil, araşdırma aparılır. Bu, L.Cəbrayılovanın 3-cü hamiləliyi olub. Onun iki azyaşlı övladı var. Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 141 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...