“Kontakt Home” sürücüsünü yol polisindən niyə gizlədir? – Məhkəməyə verildi
Rəqəmsal və məişət texnikası, mebel və tekstil satışı üzrə ölkənin ən böyük mağazalar şəbəkələrindən biri olan “Kontakt Home”un sahibi “ABC- Telecom” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati protokol tərtib edilib.
Yeniavaz.com xəbər verir ki, “ABC- Telecom” MMC barəsində tərtib olunan protokola Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə baxılacaq.
Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyət nəzərdə tutur.
Bu inzibati xətaya görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Qeyd edək ki, “ABC-Telecom” MMC (VÖEN- 1401005061) 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 min manat olan MMC-yə 2020-ci ilə qədər millət vəkili Elnur Allahverdiyev rəhbərlik edib.
427 dəfə oxundu