Məktəblərdə yaşıl rüşvət – Məktəblərdə yaşıl rüşvət – Hər şagird 5 şam ağacı gətirməsə

Məktəblərdə yaşıl rüşvət –
Bakı şəhəri, Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə “Yaş dünya” adlı tədbirin keçirilməsi üçün valideynlərdən şam fidanları və gül kolları tələb olunur.

Bununla bağlı Bakupost.az -a məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şəfəq Babayevaya məxsus olduğu bildirilən səs yazısı daxil olub. Səs yazısında müəllimlərə bildirilir ki, “Yaş dünya” tədbirinin keçirilməsi üçün hər sinif beş şam fidanı və üç ədəd gül kolu gətirməlidir:

“Valideynlərlə danışın, deyilən vaxtda bunları təşkil edin. Necə edəcəksiniz, özünüz bilərsiniz. Şam fidanları və gül gətirməyən siniflər nəzarətə götürüləcək”.

Məktəb rəhbərliyinin bu tələbindən narazı qalan valideynlər redaksiyamıza şikayət ediblər. Onların dediyinə görə, sözügedən səs yazısı müəllimlərin vatsap qrupuna, ordan da valideyn komitəsi və valideyinlər qruplarına atılıb.

Valideynlər məktəbdə keçirilən tədbirin onlara aidiyyəti olmadığını, məktəb rəhbərliyinin bu tələbinin isə qanunsuz olduğunu bildiriblər:

“Heç məktəbin həyətində həmin şam fidanları və güllərin əkilməsi üçün boş yer də yoxdur. Bundan 1 ay əvvəl bütün siniflərdən 30-35 AZN-lik dibçək gülü istəmişdilər. Onu hamımız aldıq. İndi yenidən həmin məbləğə şam fidanları almaq üçün validəynlərə təzyiq edirlər”.

Məsələ ilə bağlı Bakupost.az -ın əməkdaşı 211 nömrəli məktəblə əlaqə saxlayıb. Məktəbdən adının açıqlanmasını istəməyən xanım suallarımıza cavab almaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etməyi məsləhət görüb[center][/center]





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
243 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...