Kredit götürüb soğan əkdi, 200 ton məhsulu sata bilmədi, 70 min manat ziyana düşdü (FOTO)

Kredit götürüb soğan əkdi, 200 ton məhsulu sata bilmədi,

"Sevinə-sevinə soğan əkdim, 70 min manat ziyana düşdüm".

Bunu Qaynarinfo-ya Tovuz rayonu Aşağı Quşçu kənd sakini, sahibkar Elburus Məmmədov deyib.

Sahibkar soğan əkmək üçün bankdan kredit götürdüyünü bildirib:

"Həmin vəsaitə soğan əkdim. 200-220 ton məhsul götürdüm. Onun bir kilosunu belə sata bilmədim. Bütün məhsul batdı".

Sahibkar məhsulu satmaq üçün alıcı qüvvəsinin olmadığını vurğulayıb:

"Alıcı olsaydı satardım. Almaq istəyən də ucuz qiymət təklif edirdi. Sahibkar üçün çox çətindir. Bu boyda ziyana düşdük. Mövsüm başlayıb, amma əldə pul yoxdur nəsə iş tutaq. İndi kredit ödəməliyik. Rayonda bəlkə 100 min tonlarla söğan batdı".

Elburus Məmmədov yerli məhsula üstünlük verilmədiyini də qeyd edib:

"Bizim məhsulu almırlar, bazara soğanı xarici ölkələrdən gətirirlər. Heç kəs yerli malı almır. Onlara xaricdən mal almaq daha sərf edir. Bazarlarda yerli mal tapmaq olmur".

Kredit götürüb soğan əkdi, 200 ton məhsulu sata bilmədi,
Kredit götürüb soğan əkdi, 200 ton məhsulu sata bilmədi,
Kredit götürüb soğan əkdi, 200 ton məhsulu sata bilmədi,



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
301 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...