"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur

"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar -


"Landmark" Biznes Mərkəzinin qanuni təmsilçisi Eran Muduroğlunun həyat yoldaşı Nərgiz Nəsrullayevanın Azərbaycandan getdiyi xəbərinin ardınca iş adamının çıxışına "stop" qoyulması gündəmə gəlib.

Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Eran Muduroğlu barəsində məhkəməyə xüsusi icraat qaydasında müraciət edib.

İdarə onun Azərbaycandan çıxışının məhdudlaşdırılmasını istəyir. İş hazırda apellyasiya mərhələsindədir. Ziya Şirinov iş üzrə hakim təyin edilib.

Eran Muduroğlu kiprli iş adamı, mərhum Sami Efruz Muduroğlunun oğludur. Samir Efruz Muduroğlu Bakıda fəaliyyət göstərən "Landmark" Biznes Mərkəzinin sahibidir. O, hələ sağ ikən "Landmark"ın idarəçiliyini oğlu Eran Muduroğluna verib.
Eran Muduroğlunun xanımı Nərgiz Nəsrullayeva isə 2001-2007-ci illərdə Hesablama Palatasının sədri olmuş Namiq Nəsrullayevin qızıdır.

Nərgiz Nəsrullayeva bu yaxınlarda Azərbaycanı tərk edib. Mediada gedən məlumatlarda onun ölkəni tərk etməsi Muduroğlu ailəsinin Bakıdakı biznesinin vəziyyəti ilə izah edilir.

Bəzi iddialara görə, Muduroğlu ailəsnin biznesi çöküş dövrünü yaşayır. Onların külli miqdarda vergi borcunun yarandığı iddia edilir.

Nərgiz Nəsrullayeva ölkədən getməsinin səbəbləri barədə danışmaq istəməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
370 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...