Prezidentə ŞOK müraciət: Zakir Fərəcov milyonlarımızı 8 ildir qaytarmır...
Sumqayıtın icra başçısı Zakir Fərəcovla yerli ərazi idarəetmə şöbəsinin müdiri Gündüz Əliyevin sahibkarların başına açdığı oyundan intihar həddinə çatan iş adamları artıq son müraciətlərini etməyə başlayıblar. İcra başçısının mənimsədiyi pulları geri tələb edən iş adamlarının sözlərinə görə, belə davam edəcəksə, onlar aclıq aksiyası keçirmək qərarı verəcəklər. Anaxeber.info məlumat verir ki, dövlətə inandıqlarını söyləyən iş adamları problemin həll olunacağına ümid etdikləri üçün hələlik gözləmə mövqeyindədirlər. Belə ki, Prezident İlham Əliyev və I Vitse-Prezident Mehriban Əliyevaya müraciət edən iş adamları icra başçısı Zakir Fərəcovun törətdiyi maliyyə cinayətlərini diqqətə çatdırıblar. Düz 8 ildir ki, dövlət məmurları sahibkarların pulunu qaytarmırlar. Bu, açıq dələduzluq və korrupsiya əməlidir. Sahibkarlar ümid edirlər ki, Prezident və Mehriban xanım bu müraciətlə tanış olanda müvafiq tapşırıqlar verəcəklər.
Belə ki, 2016-cı ildən yaranan bu qalmaqalda iş adamları İsrail İsayev, İskəndər Ələkbərov, Hümmət Qasımov, Müqayis Verdiyev, İslam İsayev, Fərman Məmmədov, Saatxan Həmidov, Vilayət Qacarov, İbrahim Məmmədov, Azad Süleymanov, Taleh Seyidov, İlham Məmmədov, Çingiz Mənsurov, Ağamməd Şəmiyev, Pərviz Abbaszadə, Vüqar Abbaszadə, Şahin Cəfərov, İmran Şirinov, Miribrahim Məmmədov, Vəli Kərimov, Məzahir Quliyev, Həbib Əhmədov, Şirin Həsənov, Elnur Həsənov, Yaşar Ağakişiyev, Aydın Allahverdiyev, Elçin Qarayev, Ramil Paşayev, Anar Məlikov, Abbas Orucov, Abdulla Cəfərov, İlqar Cəfərov, Anar Həsənli, Tofiq Qurbanov, Novruz Aslanov, Mirhüseyin Məmmədov, Şükür Mirzəyev, İslam Əliyev, Zamiq Qasımov, İskəndər Ələkbərov, Kamran Əkbərov, Vüqar Abbaszadə, Vüsal Qədirov, Murad Nəsibov, Məzahir Quliyev və Əkbər Abbasov daha çox baş ağrıdıblar.
Ötən yeddi il ərzində səs-küylər çox olsa da, qalan 2 milyon 900 min manat halal pulları günü bü günədək onlara ödənilməyib. Dövlət büdcəsindən ayrılan bu pulun hesabdan necə silinməsi, doğrudan da, təəccüb doğurur. Anaxeber.info bildirir ki, onlar saytımız vasitəsi ilə Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Qeyd olunur ki, Zakir Fərəcovun ən yaxınları hesab olunan şəhərin baş memarı Adil Xudadatov, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev də təşviş içindədirlər. Bu səbəbdən, müxtəlif bəhanələrlə zərərçəkən iş adamlarından qaçmağa üstünlük verirlər. Müraciətdə deyilir:
Möhtərəm Prezident!
İcra başçısı Sizə söz verdiyi üçün boynuma götürdüm və xeyli söz-söhbətdən sonra Yeni Bulvar Kompleksini yüksək səviyyədə yarada biləcəyimi ona bildirdim. Zakir Fərəcov söhbətlərimiz zamanı dəfələrlə söz verdi ki, bu işi vaxtında yerinə yetirə bilsəm, yüksək vəzifəyə təyin edildikdən sonra mənə daha geniş coğrafiyada işləmək üçün hər cür şərait yaradacaq. Bu şəxsin şirin vədlərinə və yalan uydurmalarına uyaraq işlərin gedəcəyi əraziyə onunla birlikdə gedib baxış keçirdik. 105 hektarlıq torpaq sahəsində Yeni Bulvar Kompleksinin salınması və sentyabr ayının axırında tam təhvil verilməsi üçün bir daha razılaşdıq. Həm də, Zakir Fərəcov şəhərin Bakı — Quba istiqamətli yolunun girişində abadlıq işləri aparılmasını mənə tapşırdı və həmçinin bu barədə də razılığa gəldik. Bundan sonra 624 nəfərdən ibarət işçi heyəti və müasir texnologiyalı texnikalarımızın gücləri hesabına işə başladım. Yeni Bulvar Kompleksinin salınması işlərini 2016-cı ilin sentyabr ayında, söz verdiyim kimi yüksək ruhverici səviyyədə, tam olaraq təhvil verdim. Di gəl ki, gördüyümüz işlərin dəyəri — halal pullarımız bu günədək rəhbəri olduğum MMC-nin hesabına tam olaraq ödənilməyib.
Onu da qeyd etmək istəyirəm ki, Yeni Bulvar Kompleksində həyata keçirilən möhtəşəm və qürurverici işlər başa çatdırıldıqdan sonra, Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanı, Heydər Əliyev prospekti, şəhərin giriş hissəsindəki 8 kilometrlik yolun sağ və sol hissəsi, S. Vurğun, Nizami və C. Cabbarlı küçələri, “Muğan Bank”ın qarşısındakı istirahət parkı da tərəfimizdən tam abadlaşdıraraq təhvil verildi. Öhdəmizə götürdüyümüz işləri tam şəkildə başa çatdırıb təhvil verməyimizə baxmayaraq, başçının borclu qaldığı 2.900.000 manat pul vəsaiti bu gün də ödənilməyib. Dəfələrlə ŞİH-nin başçısına mənimlə bərabər, icra başçı tərəfindən incidilən digər iş adamları tərəfindən də şikayət ərizələri çatdırsaq da, son anda heç bir nəticə əldə edə bilməmişik.
Anaxeber.info
272 dəfə oxundu