Nizami rayon başçısı COP29 ərəfəsində "yaşıl genosidə" göz yumur - Real sübutlar/Foto+Video

 Nizami rayon başçısı COP29 ərəfəsində "yaşıl genosidə" göz yumur -
Azərbaycan BMT-nin İqlim Dəyişikliyi konfransına ev sahibliyi edəcək. Noyabrın 11_25 aralığında iki həftə paytaxtda böyük toplantılar keçiriləcək. Bakının məkan kimi qəbul edilməsi dünyanın bizə olan diqqəti və ehtiramıdır. Azərbaycan yaşıl enerjiyə keçid və eləcə də təbiətin qorunmasında nümunə olmağa çalışır. Ona görə də belə bir etimad göstərilib. Konfransa azı 50-60 min qonaq gələcəyi gözlənilir. Amma iqlim dəyişikliyinə dair konfrans keçiriləcək ölkənin paytaxtında yaşıllığa qənim kəsilən məmurlar var. Anaxeber.info bildirir ki, onlardan biri Bakının Nizami rayon icra başçısı Coşqun Cəbrayılovdur. C. Cəbrayılov belə hiss olunur ki, sələfi Arif Qasımovun aqibətindən dərs çıxarmayıb. Sabiq başçı da Nizami rayonunda Heydər Əliyev Fonunsun Vitse-prezidenti, İDEA-nın rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə salınan parkda oğluna çayxana açmışdı, yaşıllıqları məhv etmişdi, çox çəkmədi ki, işdən qovulması haqda sərəncamı verildi. Məlumdur ki, Leyla Əliyeva yaşıllıqların genişlənməsi, ağacəkmə kampaniyalarının keçirilməsində aktiv bir insandır. İDEA İctimai Birliyi bu istiqamətdə çox iş görüb. Eyni zamanda, COP29 keçiriləcək və bu da yaşıllıq mövzusuna ikiqat diqqəti artırır. Amma hər iki faktoru nəzərə almadan, Nizami rayonu ağacların məhv edildiyi bölgə olaraq liderliyi əldən vermir. Bu məsələdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də məsuliyyəti az deyil. Nazirlik həm nəzarəti gücləndirməli, həm də Nizami rayonunda yeni yaşıllıq massivləri salınması üçün təşəbbüskar olmalıdır. Amma ETSN Nizami rayonunda baş verənləri bir çox hallarda görməzdən gəlir. Bunun nəticəsidir ki, Qara Qarayev prospekti, Mikayıl Əliyev küçəsi, Çobanzadə, Elşən Süleymanov, Rüstəm Rüstəmov və digər küçələr keçəlləşir, yaşıllıq getdikcə azalır. İcra başçısı isə bu məsələdə deyəsən, "şir ürəyi yeyib".
 Nizami rayon başçısı COP29 ərəfəsində "yaşıl genosidə" göz yumur -


Misal üçün Nizami rayonu, Bəhruz Nuriyev 40 ünvanında bir ay əvvəl salınmış məhəllədə ağacların əksəriyyəti susuzluqdan quruyub, yaşıllıqların çoxu məhv olub.
Jurnalist Elmir Muradov özünün sosial şəbəkə hesabında belə yazıb.
O qeyd edib ki, əraziyə nəzarət edən olmadığı üçün yeni salınmış yaşıllıqlar məhv olmaq üzrədir. Bura Yaşıllaşdırma İdarəsindən bağban təyin edilmədiyi üçün ağacların əksəriyyəti susuzluqdan quruyub, yaşıllıqların çoxu məhv olub. Bir sözlə, dövlətin pulu yenə kimlərsə tərəfindən havaya sovrulmaqdadır. 500 manat birinə maaş verməyin dərdindən 100 min manatdan çox pul xərclənmiş yeni salınan məhlə bax belə məhv edilir, heç bir aidiyyəti qurumun da vecinə deyil.


Başqa bir sübut: Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 25 ünvanında yaşıllıq məhv edilib. 10-dan çox ağacın qanunsuz şəkildə kəsilməsi ilə bağlı iddialar var.
 Nizami rayon başçısı COP29 ərəfəsində "yaşıl genosidə" göz yumur -


Naməlum şəxs və ya şəxslər əvvəlcə ağacları kəsiblər, sonra onların köklərini yandırmaq üçün dibində ocaq qalmayıblar. Xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ərazidə olub, araşdırma aparıb. Nəticəsi hələ də bəlli deyil.
Ümumiyyətlə, "Yaşıllıqların mühafizəsi haqqında" qanuna əsasən dövlət mülkiyyətində olan torpağın üzərindəki yaşıllıqlar götürülə, kəsilə və ya köçürülə bilməz. Xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların götürülməsinə və ya köçürülməsinə isə mülkiyyət sahibi özü qərar verə bilər.
Digər bir fakta diqqət yetirək: ağac kəsilməsi ötən il Nizami rayonu, Elşən Süleymanov küçəsi 72 A ünvanında yaşanıb. Sakinlərin məlumatına görə, ərazidə bəzi yaşıllıqlar məhv edilib. Və bütün bu ekoloji genosid, təbiətə qənim kəsilməsi məhz yeni icra başçısının dövründə baş verib.
Həmçinin, Elşən Süleymanov küçəsində şam ağaclarını çıxarılıb yerində obyekt tikilməsi faktı qeydə alınıb. Yamac yerdə dağ sürüşməsinin qarşısını almaq üçün vaxtilə əkilmiş boybaboy 50-yə yaxın ağac məhv edilib, avtotəmir emalatxanası inşa olunub. Emalatxana sırasına ən axırda əlavə edilmək üçün tikilməkdə olan iki boksun sahibinin guya Vətən müharibəsi qazisi olduğu barədə şayiə buraxılıb. Sanki bu, məsuliyyətdən azad edir və ya ağac soyqırımına bəraət qazandırır...



 Nizami rayon başçısı COP29 ərəfəsində "yaşıl genosidə" göz yumur -
 Nizami rayon başçısı COP29 ərəfəsində "yaşıl genosidə" göz yumur -

50-yə yaxın şam ağacının məhv edilməsi barədə digər fakt Nizami rayonunun Fuad Abbasov küçəsində qeydə alınıb. Bildirilir ki, adı naməlum olan sahibkar həmin küçədə yerləşən “Araz Market” mağazası ilə üzbəüz nahiyədə hündürmərtəbəli bina tikmək istəyir.
Nizami rayonunda yüzlərlə ağacın qətliamlarının birinə də Arif Mustafayev adlı sahibkara məxsus “Karaev City” tikinti şirkəti qol qoyub.
Şirkətin Kamil Balakişiyev və Şirin Mirzəyev küçələrinin kəsişdiyi yerdə inşa etmək istədiyi “göydələnin” tikilməsi üçün Şirin Mirzəyev 48/52 ünvandakı 3-mərtəbəli binalar sökülməlidir. Problem budur ki, 8-10 mənzilin sakinləri ilə anlaşma əldə olunmayıb. Sakinlərin sözlərinə görə, şirkət onlara ilk əvvəl vəd etdiklərinə əməl etməkdən boyun qaçırıb, cari təklifləri isə onları qane etmir. Bir sözlə, COP29 ərəfəsində Nizami İH başçısı dövlətə qarşı zərərli addımlara göz yumur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
208 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...