Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində “soyuq” savaş – Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində “soyuq” savaş –
Məcnun Məmmədov kənd təsərrüfatı naziri təyin edildikdən sonra qurumda hələ ki ciddi dəyişiklik olmayıb.

Yenicag.az-a daxil olan məlumata görə, Kənd Təsərrüfatı Nazirliyində söz sahibi olan bir neçə məmurun yaratdığı qruplaşmalar arasında gizli savaş gedir.
Belə ki, nazir müavini Sərvan Cəfərovun digər müavin Elçin Zeynalova qarşı gizli mübarizəyə qoşulduğu iddia edilir.

Daxil olan məlumatda qeyd edilir ki, Sərvan Cəfərovu Elçin Zeynalova qarşı “dolduran”, daha doğrusu, yönəldən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Fəda Abbasovdur. Belə ki, Fəda Abbasov Elçin Zeynalov tərəfindən sıxışdırıldığını və buna görə nazir müavinindən, himayəçisi olan digər müavin Sərvan Cəfərova şikayətçi olub.

Məlumatda Elçin Zeynalovun Fəda Abbasovu sıxmasının arxasında isə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktorunun işğaldan azad olunmuş ərazilərdəki əkin sahələri və mal-qara təsərrüfatının hesabına ətrafı ilə birlikdə ciddi gəlir əldə etməsi iddia edilir. İddia edilir ki, Fəda Abbasovun gizli əməliyyatlarından xəbər tutan Elçin Zeynalovun ona nəzarəti gücləndirməsi “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktorunu qorxuya salıb. Məlumatda bildirilir ki, məhz buna görə də Fəda Abbasov Elçin Zeynalova qarşı digər nazir müavini olan və himayədar hesab etdiyi Sərvan Cəfərovla birləşərək “gizli” savaş açıb.

Mənbəmiz qeyd edir ki, Kənd Təsərrüafatı nazirinin müavinləri arasında başlayan daxili çəkişmə çox güman ki, Fəda Abbasovun direktorluğuna son qoyacaq.

“Çünki nazir Məcnun Məmmədov “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-ni ciddi şəkildə yoxlatdırsa, bu zaman qurumda milyonluq maxinasiyaların üstü açıla bilər.

Hələ ki Fəda Abbasov əlindəki rıçaqlar hesabına nazirliyin Daxili nəzarət və audit şöbəsini əlində saxlaya bilir. “Ancaq məsələyə nazir Məcnun Məmmədov qarışsa, o zaman “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktorunun həbsi ilə nəticələnə də bilər”, – deyə mənbəmiz bildirib.

Yenicag.az yazıda sadalanan məsələlərlə bağlı adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazır olduğunu bildirir.

Turantv.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
202 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...