Cavanşir Feyziyevin böyük qorxusu: London məhkəməsinin qərarı haqda yazılanlar niyə pozulur?
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək sabiq deputatlardan biri də Cananşir Feyziyevdir.
Bu dəfə də 115 saylı Şəki kənd ikinci seçki dairəsindən namizədliyini verən C.Feyziyevin sosial mediadakı kampaniyasında maraqlı hallar yaşanır. Daha doğrusu, onun feyzbuk hesabında paylaşdığı təbliğat materiallarının altında seçiciləri maraqlı rəylər yazır, həssas məsələlərə toxunurlar. Maraqlıdır ki, deputatın statusuna yüzlərlə rəy yazılır. Etiraf etməliyik ki, bu rəylərin əksəriyyəti ona dəstək ifadə edir. Məsələnin diqqətçəkən tərəfi ondan ibarətdir ki, C.Feyziyev daha çox bir deputat kimi yox, məhz xeyriyyəçi kimi təriflənir. Rəy yazanlar onun kasıb, imkansız ailələrə maddi dəstək olduğunu, tələbələrin təhsil haqlarını ödədiyini, kasıblara ərzaq yardımları etdiyini və s. yazırlar. Bir sözlə, bütün təqdirlər C.Feyziyevin məhz xeyriyyəçilik fəaliyyətinə görə səslənir. Onun deputatlıq fəaliyyəti dövründə vətəndaşların, seçicilərin rifahının yüksəldilməsi istiqamətində etdiyi hansısa təklifdən, ölkənin ictimai-siyasi həyatında gördüyü hansısa əhəmiyyətli bir işdən danışan yoxdur. Bu isə onu deməyə əsas verir ki, C.Feyziyev insanların səsini pulla alır. Bəs bu qədər pul bir deputatda haradandır? Bu barədə geniş yazmağa ehtiyac yoxdur, hər kəs C.Feyziyevin çoxşaxəli biznesinin olduğunu bilir.
Sosial şəbəkələrdə diqqətimizi çəkən başqa bir məqama toxunacağıq. Bu, C.Feyziyevin yaralı yeri olan London hadisələridir. Diqqətli oxucular xatırlayarlar, ötən il London məhkəməsi deputatın ailəsinə məxsus olduğu bildirilən 63 milyon dollarlıq əmlakına həbs qoydu. Bura Cavanşir Feyziyev və onun həyat yoldaşının “qanunsuz davranışdan əldə edilən gəlirlər” hesabına satın almaqda şübhəli bilinən 22 mülk daxil idi. Həmin yazı iləBURADAN tanış ola bilərsiniz. Maraqlıdır ki, Feyziyev, yaxud onun səhifəsini idarə edən şəxs bu məsələ haqda yazılan rəyləri pozurlar. Lakin diqqətli oxucularımız həmin rəyləri skrin edərək redaksiyamıza yollayıblar. Görünür, seçicilər də deputatın nəhayət əsl üzünün görünməsini, xalqın aldanmamasını istəyirlər./AFN.az
147 dəfə oxundu