Seymur Orucov YAP-dakı vəzifəsini itirəcək? Gənclər Birliyinin strukturu dəyişdirilir

Seymur Orucov YAP-dakı vəzifəsini itirəcək?
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin strukturu dəyişdirilir. "Report"un əldə etdiyi məlumatına görə, bu barədə qərar partiyanın VII növbədənkənar qurultayında qərar qəbul edilib.

Qurultay zamanı partiyada edilən yeniliklər gənclər birliyini də əhatə edib.

Bildirilib ki, gənclər birliyinin strukturu, fəaliyyət forması ilə bağlı müzakirələr aparılır. Müzakirələrdən sonra gənclər birliyinin hansı formada fəaliyyət göstərəcəyi məlum olacaq.

Xatırladaq ki, YAP-ın VII qurultayı martın 5-də keçirilib. Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucovdur. O, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


Seymur Orucov YAP-dakı vəzifəsini itirəcək?



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
799 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...