Nazirlər Kabinetinin şöbə müdiri Dövlət Komitəsinin bazasını sildirib? – Təfərrüat

Nazirlər Kabinetinin şöbə müdiri Dövlət Komitəsinin bazasını sildirib? –

Nazirlər Kabinetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Zakir İlqar oğlu Paşayev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintiyə icazə verilməsi ilə bağlı informativ və statistik xarakterli məlumat bazasını sildirib.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə Azfakt.com saytı məlumat yayıb.

Nazirlər Kabinetinin şöbə müdirinin bu addımı atmasına səbəb onun Bilgəh qəsəbəsində inşa etdirdiyi obyekt barədə məlumatın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintiyə icazə verilməsi ilə bağlı informativ və statistik xarakterli məlumat bazasına yerləşdirilməsi olub.

Qeyd edək ki, Arxitektura Komitəsinin bazasında olan məlumatda Zakir Paşayevin Bilgəhdə 0.12 sot ərazidə 720 kvadrat metrlik 2 mərtəbəli ictimai iaşə obyekti inşa etdirdiyi bildirilirdi.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat bazasının silinməsinə münasibət bildirməyib.

https://www.arxkom.gov.az/storage/codes/Tikintiye-3542_1628758686.pdf


Nazirlər Kabinetinin şöbə müdiri Dövlət Komitəsinin bazasını sildirib? –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
620 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...